Donetskdə separatçılar Milis İdarəsini zəbt etdilər, Prokurorluğa hücum oldu

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində bir qrup silahlı şəxs rayon Milis İdarəsinin binasını ələ keçirib. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov özünün Facebook səhifəsində məlumat verib. Avakov bildirib ki, səhər saatlarında kamuflajlı şəxslər Milis İdarəsinə silahlı basqın ediblər. "Biz bu işi belə qoymayacağıq. Onların çox ağır cəzalandırılacaqlar. Etiraz aksiyası keçirən şəxslərlə terrorçular arasında fərq var" deyə nazir əlavə edib. Bundan əlavə Donetskdə olan jurnalistlər xəbər verib ki, gecə saatlarında separatçılar Donetsk vilayət prokurorluğunun binasını da ələ keçirməyə cəhd ediblər. Onların qarşısı hökumət qüvvələri tərəfindən alınıb. Buna baxmayaraq basqınçılar binanın fasadına və içindəki inventarlara zərər vurublar. Hazırda prokurorluq işçiləri adi qaydada işləyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv