Məcburi köçkünün evi yandı

Ağdamda məcburi köçkünlərin məskunlaşdığı Dördyol - 1 qəsəbəsində fərdi yaşayış evi yanıb. APA TV-nin xəbərinə görə, qəsəbədə məskunlaşan Xocalı sakini Rəcəbov Nemət Kamal oğluna məxsus üçotaqlı evi səhər saat 05.00 radələrində od tutub. Alov qısa müddətdə bütün evi bürüyüb. Əraziyə Ağdam və Tərtər rayonlarından yanğın söndürənlər cəlb olunsa da, tikili yanaraq külə dönüb.

 

Ev sahibi bildirib ki, yanğının baş verməsinə səbəb evin tavan hissəsindəki elektrik naqillərində baş verən nasazlıq olub. Qısa qapanmadan alışan tavan tez bir zamanda evin hər tərəfini bürüyüb. Ev sakinləri qonşuların köməyi ilə yanan evdən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv