Xəzər rayonunda evlərə qənim kəsilən dəstə tutuldu
Binə qəsəbəsində bir necə mənzili qarət etməkdə, qızıl-zinət əşyalarını oğurlamaqda təqsirli bilinən İrac Rufullayev və onun rəhbərlik etdiyi dəstənin 2 üzvü yaxalanıb. APA TV-nin xəbərinə görə, onları Xəzər RPİ-nin əməkdaşları həbs edib.
Müstəntiq Cavanşır Əhmədov deyib ki, onların Xəzər rayonunda və Bakının bir neçə yerində cinayət törətdikləri sübuta yetirilib.
Tutulan İrac Rufullayev isə yanındakı adamları tanımadığını deyib. İrac Rufullayevin adını demədiyi tanışlarını polis 2 günə müəyyən edib. Azər Həşimov və Xəlil Allahverdiyev həbs olunan zaman bölmədə tərətdikləri oğurluqalrı təsdiqləyiblər. İ. Rufullayevin sözlərinə görə, oğurlanan əşyalar dəyər-dəyməzə satılıb, əldə olunan gəlir isə tən bölünüb.
Dəstənin diğər cinayətlərdə də iştrakı istisna olunmur. Araşdırma aparılır.