“VAZ-2106” və “Mercedes” toqquşdu, sərnişin yaralandı

Cəlilabadda bir nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə aprelin 12-də Ələt-Astara magistralının 147-ci kilometrliyində, yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Masallı rayon sakini Pərviz  Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı, 56 BC 627 dövlət nömrə nişanlı minik avtomobili Bakı istiqamətində hərkət edərkən qarşıdan gələn Cəlilabad rayon sakini Məhəmməd Mirzəyevin idarə etdiyi “Mercedes” markalı  minik avtomobilinə çırpılıb. Nəticədə “Mercedes”-in sərnişini Pərvanə Mirzəyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qəzanın “Mercedes”in sürücüsünün  qarşıdan gələn avtomobili nəzərə alamadan yolda dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv