Bəy toyda gəlini döydü, dayısını bıçaqladı

Tovuzda toy mərasimində yaranan narazılıq bıçaqlanma ilə nəticələnib. Rayonun Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində 22 yaşlı Ayşənlə, 20 yaşlı Fəridin toy mərasimində baş verib. Şirvan şəhər sakini olan bəy Fərid Eyvazov toy mərasimində gəlini öz qohumları ilə şəkil çəkdirdiyi üçün onu döyüb. Buna etiraz edən gəlinin dayısı 51 yaşlı İdris Quliyevlə Fərid Eyvazov arasında mübahisə yaranıb və bəy gəlinin dayısını bıçaqlayıb. Ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılan İdris Quliyevin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli