Maşın dərəyə aşdı, sürücü öldü
Gədəbəydə avtomobilin dərəyə aşması nəticəsində sürücü ölüb. Gədəbəy rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun 15-ci kilometrliyində, Zəhmət kəndi ərazisində baş verib. Rayonun Qaradağ kənd sakini, 1971-ci il təvəllüdlü Abdullayev Eldar Fərman oğlu idarə etdiyi “VAZ 2106” markalı avtomobillə dərəyə aşıb. Qəza nəticəsində avtomobildən kənara düşən E. Abdullayev hadisı yerində keçinib. Onun cəsədi, FHN-nin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.