Donetskdə milislər tərksilah edildi, silahlar separatçılara paylanıldı

Donetsk vilayətinin Qırmızı Liman rayon milis şöbəsi nəməlum şəxslər tərəfindən tutulub. APA TV-nin məlumatına görə, 20 nəfərdən çox şəxs Əfqanıstan və kazak təşkilatlarının nümayəndələri ilə əhatə olunmuş şəhər şöbəsinin binasına girib. Eyni zamanda "Donbass Xalq könüllüləri" Donetsk vilayətinin Slavyansk rayonunun milis binasını ələ keçiriblər. Milislərə məxsus 400 tapança, 20-ə yaxın avtomat ələ keçirilərək etirazçılara paylanıb. Ali Radanın mətbuat xidmətinin yaydığı məlumata görə, Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Aleksandr Turçinov yarıtmaz işinə görə Donetsk vilayətinin Təhlükəsizlik Xidmətinin rəisini istefaya göndərib.

 

Müəllif | Apa.Tv