Rəsmi Vaşinqton: "İranın BMT-dəki səfiri terrorçudur"
"Ağ ev" İranın BMT-dəki yeni səfiri Həmid Abutəlabiyə viza verməkdən imtina edib. APA TV-nin məlumatına görə, buna səbəb kimi onun 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyini ələ keçirməkdə əli olması göstərilib. Bu qərar Abutəlabini BMT-nin Nyu-Yorkda yerləşən qərargahında öz vəzifəsi ilə məşğul olmaq imkanından faktiki olaraq məhrum edib. Abutəlabinin ABŞ səfirliyinə hücum edib, əməkdaşlarını girov götürən tələbələrlə əlaqəsi olub. Bu həftənin əvvəlində "Ağ ev" İran hökumətinə bildirib ki, onun yeni səfir seçimi məqsədə uyğun deyil.