Şirvan-Salyan yolunda zəncirvari qəza

APA TV-nin Mil-Muğan bürosuna Salyan rayon Polis Şöbəsindən verilən məlumata görə, Şirvan-Salyan magistralının 20-ci kilometrliyində rayonunun Qarabağlı kəndi ərazisində “Nissan Sunny”, "VAZ 2107" və "UAZ" markalı avtomobillər toqquşub. Salyan rayonunun Kərimbəyli kəndn sakini Ataşov Zaur Alahşükür oğlu “Nissan Sunny”  markalı  avtomobili böyük sürətlə idarə edərkən əvvəlcə Qarabağlı kənd sakini Əzizov Vüqar Əlixan oğlunun idarə etdiyi "VAZ 2107"yə, daha sonra Salyan rayonunun Çadırlı kənd sakini Abdulov Çingiz Məmmədşah oğlunun idarə etdiyi "UAZ"a çırıb. Nəticədə “Nissan Sunny”"nin sürücüsü Zaur Ataşov kəllə-beyin travması ilə ağır vəziyyətdə Şirvan şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  "UAZ" markalı avtomobilin sürücüsü isə orta dərəcəli xəsarətlə Şirvan şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı