Bəşər Əsəd qüvvələri müxaliflərə fosfor bombaları yağdırır

Bəşər Əsəd rejimi paytaxt Şamın Hərasta bölgəsində yenə kimyəvi silah istifadə edib. Suriyada hökumət qüvvələrinin təşkil etdiyi kimyəvi silah hücumunda insanlarda yaranan tənəffüs çatışmazlığı, gözlərdə qızartılar, dəridə yanma kimi yaranan problemlər səbəbindən bir çox adamın təcili olaraq xəstəxanaya aparıldığı bildirilib.  Əsəd qüvvələri ilə müxaliflər arasında son bir həftədir qarşıdurmaların yaşandığı Suriya-Livan sərhədindəki Rankus qəsəbəsində hökumət qüvvələrinin fosfor bombasından istifadə etdiyi iddia edilib. Müxaliflərin video-kamera ilə çəkdiyi görüntülərdə rejimə aid olduğu iddia edilən döyüş təyyarələrdən fosfor bombaları atıldığı aydın görünür.

 

Müəllif | Apa.Tv