Moskvada meyvə satan azərbaycanlıların davası - 1 ölü

Moskvada "İstrinski" bazarında iki azərbaycanlı arasında baş verən münaqişə birinin ölümü ilə nəticələnib. APA TV-nin Rusiya Daxili İşlər Nazirliyi Moskva vilayəti üzrə Baş Polis İdarəsindən aldığı məlumata görə, hadisə bazardakı meyvə satış nöqtəsi üstündə baş verib. Münaqişə zamanı  azərbaycanlılardan biri digərinin buduna bıçaqla xəsarət yetirib, yaralanan azərbaycanlı isə cavab olaraq qarşı tərəfin döş qəfəsinə ölümcül bıçaq zərbəsi endirib və o, hadisə yerinə ölüb. Yaralı şəxs hospitala yerləşdirilib və o, polis nəzarətində saxlanılır. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova