Ukrayna hökuməti Donetskdə separatçılara qarşı əməliyyatlara başladı

Donetsk vilayətinin Slavyansk şəhərində dövlətin mühafizə və təhlükəsizlik orqanlarının binalarını ələ keçirən separatçılara qarşı antiterror əməliyyatları başlanılıb. Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. "Biz Slavyanskda əməliyyatlara başladıq. Əməliyyatı ölkənin Təhlükəsizlik Xidməti aparır. Separatçılara qarşı Ukraynanın hər tərəfindən güc qüvvələri gətirilib. Tanrı köməyimiz olsun" deyə o bildirib. Xatırladaq ki, Slavyanskda separatçılar bir neçə gün öncə Milis İdarəsinin və Təhlükəsizlik Xidmətinin binalarını zəbt ediblər. Onların məqsədi silahları ələ keçirməkdir. Binaları ələ keçirən şəxslərin Milis İdarəsindən götürdükləri silahları şəhərdə aksiya keçirən insanlara payladıqları da məlum olub.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova