Bir gecənin avtoqəza statistikası: 5 ölü, 16 yaralı

Aprelin 12-də və 13-ü gecə saatlarında ölkə yollarında 16 yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 5 nəfər həlak olub, daha 16 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ən ağır qəza Abşeron rayonu Novxanı bağlar yaşayış massivində qeydə alınıb. “BMW X5” markalı avtomobil yüksək sürətlə hərəkət edərkən sürücünün idarəetməsindən çıxıb. Avtomobil zəncirvari olaraq iki “Mercedes” və digər “BMW” ilə toqquşub. Daha sonra "BMW" işıq dirəyinə çırpılaraq dayanıb. Qəzada 2 nəfər həlak olub. Hər 2 şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır. Ölənlərin hər ikisi “BMW”də olanlardır. Bütün faktlarla bağlı cinayət işi açılıb. Araşdırmalar aprılır.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova