Qarşıdakı iki günün hava şəraiti necə olacaq?


Aprelin 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Tempertur  gecə 6-9, gunduz 15-20 dərəcə isti olacaq. Aprelin 15-də dəyişkən buludlu, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur. Tempertur gecə 6-9, gunduz 16-21 dərəcə isti  təşkil edəcək. Bölgələrdə isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək, əsasən, yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. 

Müəllif | Apa.Tv
Almaz Qasımova