Donetskdə atışma: Separatçılar hökumət qüvvələrini atəşə tutub

Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərində Milis İdarəsindəki silahları ələ keçirən separatçılar hökumət qüvvələrini atəşə tutublar. Bu barədə ölkənin daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində yazıb. O, şəhər sakinlərinə xəbərdarlıq edərək bildirib ki, heç kəs küçəyə çıxmasın, evlərinin pəncərələrinə yaxın getməsin. Avakov separatçıların heç bir danışığa getmək istəmədəklərini deyib və atəşi dayandırmadıqlarını bildirib. Xatırladaq ki, bu gün səhər saatlarında Slavyanskda şəhərdə çaxnaşmalar törədən və dövlət idarələrini zəbt edən qruplara qarşı anterror əməliyyatlarına start verilib. Bu dəstələrin Milis İdarəsinin və Təhlükəsizlik Xidmətinin binalarındakı silahları ələ keçirdikləri də qeyd olunur.


 

Müəllif | Apa.Tv
Almaz Qasımova