Milli Qəhrəman vəfat etdi - dəfn mərasimindən görüntülər

Azərbaycanın Milli Qəhrəmanı, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşı Slesaryov Mixail Aleksandroviç 59 yaşında  vəfat edib.  Bu yaylım atəşi qəhrəmanının şərəfinə açıldı. Onunla vida mərasiminə Penitensiar Xidmətin rəisi Mədət Quliyev və iş yoldaşları gəlmişdi. Milli Qəhrəman  Qaradağ rayon Qobustan qəsəbəsində dövlət himninin sədaları altında  torpağa tapşırıldı. 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulan Slesaryov Mixail Aleksandroviç  1975-ci ildə Sovet Ordusu sıralarına çağırılıb. 1977-ci ildə xidmətini başa vuraraq, göndərişlə Tbilisi Gizirlər Məktəbinə daxil olub. Məktəbi bitirdikdən sonra Bakıya qayıdıb. 1981-86-cı illərdə motoatıcı taqım komandiri, daha sonra mühafizə taqımının rəisi vəzifələrində işləyib. 1999-cu ildə Qobustan həbsxanasında xidməti vəzifəsini yerinə yetirərkən həbsxanada baş verən qiyam zamanı qəhrəmanlıq nümayiş etdirib. Mixail dərhal əməliyyat qrupu yaradaraq, qiyamı yatırmağa müvəffəq olub. 1999-cu ildə kiçik leytenant rütbəsi alıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin hərbi hissəsində taqım komandiri vəzifəsində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 1999-cu il tarixli 73 saylı Fərmanı ilə Slesaryov Mixail Aleksandroviçə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. 

Müəllif | Apa.Tv