Polşadan Ukraynadakı antiterror əməliyyatlarına dəstək
"Ukrayna bu günə kimi separatçıların hərəkətinə sərt reaksiya verməyərək yumşaqlıq göstərib. Lakın vaxt gəlib çatıb və Ukrayna dövləti qəti addım atmalıdır". Bu sözləri Polşanın baş naziri Donald Tusk deyib. O, Ukraynanın ölkənin şərqindəki separatçıları terrorist adlandırmaq fikri ilə tamamilə razı olduğunu bildirib. Tuskun sözlərinə görə, əgər belə olmasa Ukrayna Rusiya harada istəyərsə orada qalacaq. "Buna görə də rəsmi Kiyev hər şeyi ələ almalı və ölkənin ərazi bütövlüyü uğrunda nə zaman mübarizə aparacağı və hansı üsullarından istifadə edəcəyinə qərar verməlidir" deyə hökumət rəhbəri əlavə edib. Donald Tusk qeyd edib ki, heç kəs Rusiyanın cəzasız qalmasının tərəfdarı deyil, amma heç kəs də genişmiqyaslı münaqişəyə yol vermək istəmir.