Keçmiş arvadı tanınmış futbolçunu məhkəməyə verib

Tanınmış futbolçu Andrey Arşavinin keçmiş həyat yoldaşı onun gəlirlərinin yarısını tələb edir. Yuliya Baranovskaya iddia edir ki, futbolçu boşanma ilə bağlı Londonda imzalanmış razılaşmanın şərtlərinə əməl etməyib. Belə ki, o, keçmiş həyat yoldaşına vəd etdiyi mənzili verməyib. Razılaşmanın şərtlərinin pozulduğunu iddia edən Yuliya Baranovskaya bunun müqabilində ulduz futbolçunun gəlirlərinin yarısını tələb edir.

 

Qadının vəkillərinin sözlərinə görə, o, məhkəməyə müraciət edib və məhkəmə Andrey Arşavinin gəlirinin 50 faizinin məhkəmə qaydasında tutulması barədə qərar verib.

 

Rusiya qanunvericiliyinə görə, sülh məhkəmələrinin qərarları xüsusi saytda yerləşdirilməlidir. Andrey Arşavinin müdafiəçiləri isə bildirirlər ki, mövcudluğu iddia edilən məhkəmə qərarı saytda yerləşdirilməyib. Vəkillər güman edirlər ki, belə bir qərar yoxdur.

 

Bununla belə, onlar bəyan ediblər ki, əgər futbolçunun gəlirinin 50 faizinin tutulması barədə qərarı alsalar, qanunvericiliyə uyğun şəkildə 10 gün ərzində şikayət verəcəklər.

 

Qeyd edək ki, Andrey Arşavin və Yuliya Baranovskaya 2012-ci ildə ayrılıblar. Lakin onların münasibətlərinin pozulması rəsmiləşdirilməyib. Futbolçu ötən ilin yayından boşanma ilə bağlı qanuni prosedurları başa çatdıra bilmir.

 

Arşavin Baranovskayadan sonra 32 yaşlı jurnalist Alisa Kazmina ilə yaşayır.

 

Müəllif | Apa.Tv
Apa.tv