Cəbhədə atışma: Ermənilər iki əsgərimizi yaraladı
Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Novruzlu, Baş Qərvənd, Kəngərli, Şurabad, Şıxlar və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb. Hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgərləri Elmirad Qurbanəlizadə və Asim Quliyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgərlər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 15-də Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.