Ukraynada separatçılar 4 nəfəri öldürüblər
Slavyanskda silahlı şəxslər 4 Ukrayna vətəndaşını öldürüblər. Ukrayna Təhlükəsizlik xidmətinin 2 zabitini şəhərə girişdəki blokpostda güllələyiblər. APA TV-nin xəbərinə görə, dinc əhalinin olduğu avtomobili isə şəhərin ortasında gülləbaran ediblər. Şəhərdə uşaq bağçaları və məktəblər bağlanıb. Əhali çox vacib olmadıqca küçələrə çıxmır. Ukraynada prezidentlərin səlahiyyətlərini icra edən Aleksandr Turçinov aprelin 13-də silahlarını yerə atmasalar, hökumətin separatçılara qarşı atəş açacağını demişdi. Aprelin 14-də Ukrayna vaxtı ilə saat 09.00-da bu ultimatumun vaxtı bitib. Qaynar nöqtələrdə gecə dinc keçsə də, separatçılar administrativ binaları azad etmək və silahları atmaq niyyətində deyillər. Xüsusilə Slavyansk və Donetskdəki separatçılar dövlət binalarının qarşısında mitinqlər keçirirlər.
Bu arada Donetsk vilayətinin Qorlovka şəhərində də 150-yə yaxın separatçı şəhər milis idarəsinə girməyə cəhd edib. Onlar milisin tabe olmasını tələb ediblər.