Məşhur simalardan autizm xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək
Azərbaycanın məşhur simalar autizm xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olublar.
APA TV-nin xəbərinə görə, "Sağlam və Birgə" və "Sosial Xidmətlər Təşəbbüsü" İctimai birlikləri vətəndaşlarımızı autizm mövzusunda məlumatlandırmaq məqsədilə "Mən böyüyəndə kim olacağam? " adlı foto layihəyə start verib. Layihəyə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də qoşulub.
Agentliyinin ictimai əlaqələr sektorunun müdiri Anar Hüseynov deyib ki, gün ərzində minlərlə vətəndaş müraciət edir. Bu fotoları bura yerləşdirmək autizmlə bağlı maarifləndirməni daha geniş insan kütləsinə çatdırmaq məqsədi daşıyır.
Fotolar ASAN xidmətin bütün mərkəzlərində nümayiş olunacaq.
Hazırda ölkəmizdə minlərlə autizm uşaqdan biri olan Nicat Həmidovun valideynləri deyir ki, onlar uşaqlarının bu xəstəlikdən əziyyət çəkdiyini xeyli gec biliblər.
Layihənin məqsədi autizmli uşaqların da qayğı və dəstək göstərildiyi halda müxtəlif peşələrə yiyələnmələrinin mümkünlüyünü cəmiyyətə çatdırmaqdır.