Rəsmi Kiyevdən şok qərar: Ukraynada federallaşma referendumu keçirilə bilər
Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov federallaşma ilə bağlı referendumun keçirilməsinə razıdır. Ali Radanın rəhbəri parlamentin qərarı olarsa, prezident seçkiləri əvəzinə Ukraynanın federallaşması ilə bağlı referendumun keçirilməsini istisna etmir. "Mən inanıram ki, ukraynalıların mütləq əksəriyyəti müstəqil, suveren, demokratik, bölünməz və unitar Ukraynaya tərəfdar olacaq" deyə o əlavə edib. Turçinov əmin olduğunu bildirib ki, ukraynalılar ölkənin ərazi bütövlüyünə qəsd edən təcavüzkarlara müqavimət göstərməyə hazırdır.