Sərxoş sürücü polisi bıçaqladı

Tərtər  rayon Polis Şöbəsi Dövlət Yol Polisi bölməsinin zabiti bıçaqlanıb. Bir minik avtomobilinin Tərtər şəhərində avtoxuliqanlıq etdiyi haqda şöbəyə məlumat daxil olub. APA TV-nin xəbərinə görə, həmin avtomobilin dayandırılması üçün əraziyə çıxan DYP əməkdaşları sürücü Rauf Həsənovu saxlayıblar. Məlum olub ki, o nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. Polis əməkdaşları ilə sürücü və onun  qardaşları arasında mübahisə yaranıb. Nəticədə sürücünün qardaşı Mehman Həsənov DYP Tərtər bölməsinin  inspektoru, baş leytenant Qurban Allahverdiyevə bıçaqla zərbə vurub. Yaralı zabit qonşu Bərdə rayonunun mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən qardaşlar - Mehman, Rauf və Qabil Həsənovlar Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hər üç qardaş həbsdədir.

Faktla bağlı Tərtər  Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv