ABŞ səfiri: "Bu, bizi məyus etdi"
“Təhsil Nazirliyinin Amerikadan Azərbaycana könüllülərin yeni qrupunun gətirilməsini istəməməyi bizi məyus etdi”.
APA TV-nin xəbərin ə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri zamanı jurnalistlərə bildirib. O qeyd edib ki, bir həftə əvvəl sözügedən məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarovla görüşüb:“Nazir aydın şəkildə bildirdi ki, bu addımda məqsəd sülh korpusunun fəaliyyətini məhdudlaşdırmaq deyil, sadəcə nazirlik özünün qaydalarını nəzərdən keçirmək istəyir. Nazir əmin olmaq istəyir ki, ölkəyə gələn könüllülər lazımi doğru ünvanlara yönəldilirlər. Nazir bizi əmin etdi ki, hal-hazırda ölkədə olan sülh korpusunun könüllüləri fəaliyyətlərinin sonuna kimi ölkədə qala biləcəklər. Mən inanıram ki, Təhsil Nazirliyi öz qanun-qaydalarını nəzərdən keçirdikdən sonra biz yeni razılaşma əldə edə biləcəyik. Bu da yeni könüllülər qrupunun Azərbaycana gəlməsinə imkan verəcək. Hər şeyi zaman vaxt göstərəcək.”
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Gəncəyə səfəri çərçivəsində şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Zeynalovla görüşüb. Bundan başqa, diplomat Gəncədə Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan şəhərciyə baş çəkəcək, orada yaradılan şəraitlə tanış olacaq. Səfirin Gəncədə fəaliyyət göstərən QHT-lərlə, Amerikada təhsil alan gənclərlə görüşü də gözlənilir.