Lənkəranda 57 yaşlı kişini elektrik vurub öldürdü

Lənkəranda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. APA TV-nin  cənub bürosunun məlumatına görə, hadisə aprelin 14-də şəhərin Nəriman Nərimanov küçəsində yeni tikilməkdə olan obyektdə  qeydə alınıb. 57 yaşlı Eynulla Əsəd oğlu Hüseynov qaynaq işləri apararkən ehtiyatsızlıqdan əlindəki armatur yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə usta hadisə yerində ölüb.

 

Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv