Qayanana 24 yaşlı gəlinini bıçaqladı

Ağcabədidə qaynana gəlinini bıçaqlayıb. Ağcabədi şəhər sakini, 1954-cü il təvəllüdlü Tutu Musayeva gəlini 24 yaşlı Aysel Musayevaya bazarda xəsarət yetirib. Qadın özünə paltar alan gəlinini yaralayıb.

 

Aysel Musayevayanın vəziyyətinin normal olduğu bildirlir.

Tutu Musayeva Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə araşdırma aparılır.

Daha bir bıçaqlanma rayonun Kəbirli kəndində olub. Kənd sakini Vəliyev Məhəmməd Şahmar oğlu aralarında yaranan mübahisə zəmnində Həsənov Arif Məhərrəm oğlunu bıçaqlayıb.Yaralı Ağcabədi Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

 

Zərərçəkənin vəziyyətinin stabil olduğu bildirlir.

Məhəmməd Vəliyev, Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.  Fakt üzrə araşdırma aparılır.

Müəllif | Apa.Tv