Prezident İlham Əliyev Litvanı daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev Azərbaycanda səfər olan Litvanı daxili işlər naziri Dailis Alfonsas Barakauskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana bir neçə dəfə səfər etdiyini vurğulayan litvalı nazir ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə sürətli iqtisadi inkişafa nail olunduğunu məmnunluqla qeyd edib. Görüşdə Azərbaycan ilə Litva arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv