Türkiyədə prezident seçkilərinin vaxtı açıqlandı

Türkiyədə bu il keçirilməsi planlaşdırılan president seçkisinin vaxtı məlum olub. Bu barədə Türkiyənin Ali Seçki Şurası (YSK) məlumat yayıb. APA TV-nin YSK-ya istinadən verdiyi məlumata görə, Türkiyədə prezident seçkisinin ilk turu 2014-cü il avqustun 10-da keçiriləcək.

 

Seçkinin ikinci turu isə avqustun 24-də baş tutacaq. Xarici ölkələrdə yaşayan türklər yaşadıqları ölkədəki Türkiyə səfirliklərində iyulun 31-i ilə avqustun 3-ü arasında səs verəcək.

 

Qeyd edək ki, bu il ilk dəfə Türkiyədə prezident seçkisi ümumxalq səsverməsi ilə keçiriləcək.

 

2007-ci ildə konstitusiyada aparılan dəyişiklikdən sonra ölkə prezidenti ilk dəfə xalqın səsverməsi ilə maksimum 2 dəfə 5 illik müddətə seçiləcək.

 

Bundan əvvəl isə prezidentləri 7 illik müddətə Türkiyə Böyük Millət Məclisi (TBMM) seçirdi. 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı