Nigeriyada dəhşətli terror: 71 nəfər öldü
Nigeriyanın paytaxtı Abucada terror hadisəsi baş verib.
Hadisə nəticəsində 71 nəfər ölüb, 124 nəfər yaralanıb. Abuca mərkəzi avtovoğzalında baş vermiş terrorun səbəbləri aydınlaşdırılır.
Ehtimal edilir ki, hücum “Boko Haram” islamçı qruplaşması tərəfindən törədilib.
Sakinlər bildiriblər ki, Abucada baş vermiş bu hadisə Nigeriya tarixində ən qanlı terror hadisəsidir.
Oxşar hadisə 80 illərdə olub.
Qeyd edək ki, Nigeriya tez-tez islamçı radikal qruplaşmaların hücum hədəfinə çevrilir.
Keçən ilin may ayında Nigeriya prezidenti Hudlak Conatan Nigeriyanın şimalında 3 ştatda fövqəladə vəziyyət elan etmişdi.