Yasamalda qadını qarət edən gürcü yaxalandı

Yasamal RPİ 29 -cu polis bölməsinin əməkdaşları Vəfa Yusif qızı Qəmbərovaya qarşı soyğunçuluq etmiş Gürcüstan vətəndaşı Modabadze Tornikeni həbs ediblər. APA TV-nin xəbərinə görə, istintaqla müəyyən olunub ki, Gürcüstan vətəndaşı Bakıya 1 ay əvvəl həmyerlilərin dəvəti ilə gəlib. Daha sonra onlarla əlaqəsinin kəsildiyini deyən Modabadze  tüfeyli həyat tərzinə başlayıb. Paytaxtın müxtəlif yerlərində vətəndaşlara qarşı soyğunçuluq və oğurluq edib.  Sonuncu faktı törədən zaman isə polis əməkdaşları tərəfindən yaxalanıb.  Yasamal polisindən verilən məlumata görə hazırda  saxlanılan şəxsin əlaqədə olduğu şəxslər,  Bakıya gəlişinin səbəbləri araşdırılır. Bu şəxsin Nəsimi və Səbail rayonları ərazisində də anoloji faktlar törətdiyi istisna olunmur.

 

Müəllif | Apa.Tv