Krasnoyarskda azərbaycanlı qruplar arasında atışma: 1 ölü, 1 yaralı

Aprelin 13-də Krasnoyarskdakı "Anastasiya" kafesinin azərbaycanlı müştərisi öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, 38 yaşlı şəxs axşam saatlarında "Vzletka" bazarında yerləşən kafedə 2 dostu ilə oturarkən kafeyə 27 yaşlı şəxs girib və "Makarov" tipli tapançası ilə atəş açaraq hadisə yerindən qaçıb. Hadisənin şahidi olan polis əməkdaşı onu izləyib və o, mağazaların birində gizlənərkən polis dəstəsi gəlib və onu yaralı halda tutublar. Ona öldürülən azərbaycanlının dostlarının atəş açdığı ehtimal edilir. Hazırda 27 yaşlı şəxs xəstəxanadadır. Daha sonra Daxili İşlər Nazirliyinin Krasnoyarsk vilayəti üzrə Baş Polis İdarəsi onun daha əvvəl törətdiyi ağır cinayət səbəbi ilə federal axtarışda olduğunu müəyyən edib.

 

Hüquq-mühafizə orqanları ölən və öldürən şəxslərin tanış olduğunu deyir.

 

Kafedə güllələnən şəxs təcili yardım maşınında ölüb. Vilayətdəki Azərbaycan diaspor təşkilatından bildirilib ki, bu şəxs meyvə satışı ilə məşğul olan azərbaycanlıdır. O, evli olub və 3 uşağı var.

 

Bu hadisə 90-cı illərdə Krasnoyarsk vilayətinfə Rafiq Məmmədov və Oqtay Əhmədov adlı iki azərbaycanlınn rəhbərlik etdiyi qruplaşmalar arasındakı ədavətin davamı kimi qiymətləndirilir. İki qrup Krasnoyarsk bazarlarına nəzarət etmək uğrunda mübarizə aparıb. Toqquşmalar nəticəsində Məmmədovun 6 qardaşından 1-i öldürülüb, 2-si isə yaralanıb. Sonra Oqtayın özü də odlu silahla öldürülüb.  2009-cu ildə isə Rafiq Məmmədov və daha 2 nəfər avtomobilin gülləbaran edilməsi nəticəsində dünyasını dəyişib. APA TV-nin xəbərinə görtə, "mk.ru" saytı yazır ki, atəş açan şəxs Məmmədovun qrupu ilə mübarizədə xəsarət almış şəxslərdən birinin oğludur. Ölən azərbaycanlının isə Oqtay Əhmədovun bacısı və ya qardaşı oğlu olduğu ehtimal edilir.  

 

Müəllif | Apa.Tv