ATƏT Parlament Assambleyasının prezidenti Azərbaycana gəldi
ATƏT Parlament Assambleyasının prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. APA TV-nin xəbərinə görə, nümayəndə heyətini Heydər Əliyev Hava Limanında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycanın Monteneqrodakı səfiri Eldar Həsənov və digər rəsmi şəxslər qarşılayıblar. Azərbaycana gəlişinin məqsədini açıqlayan Ranko Krivokapiçin qeyd edib ki, səfər həm ATƏT PA prezidenti, həm də Monteneqro parlamentinin sədri kimi iki məqsəd daşıyır.
Ranko Krivokapiç deyib ki, “ATƏT Parlament Assambleyası dünyada ən böyük Parlament Assambleyasıdır: "Nəzərə alsaq ki, bu Assambleyasının 23-cü sessiyası iyunda Bakıda keçiriləcək, bu, Azərbaycan üçün yeni imkanlar vəd edir. Bu sessiyanın Bakıda keçirilməsini yüksək dəyərləndiririk. Eyni zamanda mən bura Monteneqro parlamentinin sədri kimi gəlmişəm ki, bu da Monteneqro və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdirmək məqsədi daşıyır. Çünki biz ikitərəfli əlaqələrin inkişafında çox maraqlıyıq”.
Səfər çərçivəsində Milli Məclislə ATƏT PA arasında Assambleyanın 23-cü illik sessiyasının Bakıda keçirilməsinə dair saziş də imzalanacaq. Səfər aprelin 17-dək davam edəcək.