Şəmkirdə kişi arvadını baltaladı
Şəmkirdə 45 yaşlı kişi 43 yaşlı qadını balta ilə yaralayıb. APA TV-nin xəbərinə görə, hadisə aprelin 15-də Şəmkir şəhərində baş verib. Şəhər sakini Müşfiq Həsən oğlu Əmirov əvvəllər qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Əsgər qızı Həsənovaya balta ilə zərbələr endirib. Qadın müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra isə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.