Bakıda qadını qarət etmək istəyən fəhlə möhkəm döyülüb

Bakıya işləmək üçün gəlib paytaxtda tikinti şirkətlərinni birində fəhlə kimi çalışan Kürdəmir rayon sakini 39 yaşlı Cəmil Dəmirov cinayət başında yaxalanıb. O, kirayədə Əhmədli qəsəbəsində küçə ilə gedən 17 yaşlı Elvira Əsgərliyə hücum çəkərək, onun çantasını qaçırmaq istəyib. APA TV-nin xəbərinə görə, Xətai RPİ-nin əməliyyatçıları tərəfindən saxlanılan Cəmil Dəmirov cinayəti içkili olduğununa görə törətdiyini bildirib: "Yaxınlaşıb çantasını götürəndə qışqırdı. Çantasını qaytardım özünə. Əhmədilidən yuxarı qalxanda 5-6 nəfər düşdü üstümə. Məni döydülər".

 

Cəmil Dəmirovun sözlərinə görə, zərərçəkən köməyə adam çağırdığından, çantadan heç nə götürə bilməyib. Bir sözlə, cəhdi boşa çıxan Cəmil Dəmirov həm də kötəklənib.

 

İndiyədək məhkumluğu olmayan Cəmil Dəmirov barəsində Xətai RPİ-də CM-nin soyğunçuluq maddəsi ilə cinayət işi başlanıb.     

 

Müəllif | Apa.Tv