Xaçmazda 2 "VAZ" toqquşdu

Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 34-cü km-də qeydə alınıb. Xaçmaz rayon sakini, 21 yaşlı Şıxəliyev İlqar Raviq oğlunun idarə etdiyi "VAZ-2106" və Xaçmaz rayon sakini, 52 yaşlı Seyidov Sabir Seyid oğlunun idarə etdiyi "VAZ-2107" markalı maşınlar toqquşub.  Qəza nəticəsində hər iki sürücü müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıblar.

 

Qəza "VAZ-2107"-nin idarəetmənin itirilməsi nəticəsində yolun əks hərəkət istiqamətinə çıxması nəticəsində baş verib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan