Ukrayna MN: Kramatorskda hərbi hissəyə hücum cəhdinin qarşısı alınıb
"Radikal yönümlü silahlı şəxslər terrorçu-diversiya qrupu şəklində Ukrayna Silahlı Qüvvələrinin Kramatorskda yerləşən hərbi hissələrindən birinə hücum etməyə cəhd edib".
“UNİAN”-agentliyinin verdiyi xəbərə görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.
Hücumun qarşısını almaq məqsədilə havaya xəbərdarlıq atəşi açılıb. Məlumatda insident nəticəsində ölən və yaralananların olmadığı qeyd olunub.
Ukrayna Təhlükəsizlik Xidməti isə (UTX) Rusiya bankını ölkənin şərqində terrorçu qrupları maliyyələşdirməkdə ittiham edib.
“
Bu arada Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyətə Ukraynanın şərqində aparılan hərbi əməliyyatı qınamaları üçün çağırış edib.
Kremldən verilən yazılı açıqlamada prezident Putinin BMT Baş katibi Pan Gi Munla telefon əlaqəsi saxladığı bildirilir. Putin rəsmi Kiyevin Ukraynanın şəqrində konstitusiyaya zidd addımlar atmasından dolayı, Rusiya tərəfinin beynəlxalq ictimaiyyətdən bu ölkəni qınaq obyektinə çevirmələrini gözlədiklərini deyib.
Pan Gİ Mun isə “Hazırda ordu göndərilməsi mənə çox da yaxşı fikir kimi gəlmir”,-deyə bildirib.