Dağıstanda xüsusi əməliyyat: 5 ölü

Dağıstanın paytaxtı Mahaçqalada keçirilən xüsusi əməliyyat zamanı 5 silahlı öldürülüb. Rusiya Milli Antiterror Komitəsinin açıqlamasında bildirilir ki, xüsusi təyinatlılar Mahaçqalanın Leninski rayonunda yerləşən “Palmira” bağlar massivində silahlıların olduğu fərdi evi mühasirəyə alıb. Xüsusi təyinatlılar mühasirəyə alınan evdən 2 uşaq və ev sahibini çıxarmağa müvəffəq olublar. Döyüş zamanı bir xüsusi təyinatlı yaralanıb, 2-si isə yanıq xəsarətləri alıb.

 

Aparılan araşdırma zamanı zərərsizləşdirilən üç nəfərin kimliyi bəlli olub. Onlar Mahaçqala terrorçu qruplaşmasının üzvləri Rizvan Əliyev və onun əmisi uşaqları Rüstəm və Şahrudin Süleymanovlardır. Eyni zamanda fərdi evdə axtarış aparılarkən hamam otağında 36 yaşlı İbrahim Məhəmmədovun cəsədi tapılıb. Onun özünü öldürdüyü ehtimal olunur. Artıq Rusiya Milli Antiterror Komitəsi əməliyyatların aktiv fazasını yekunlaşdırıb.

Müəllif | Apa.Tv
Apa.tv