100 nəfər əlilə avtomobil verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər müharibə əlilinə “Naz - Lifan” markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunub. APA TV-nin xəbərinə nazirliyin Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev deyib ki, 12 gün öncə də növbədə duran bu şəxslərə avtomobil paylanıb.

Bu ilin yanvar ayına növbədə dayanan 675 Qarabağ müharibəsi və 20 Yanvar əlilindən 200 nəfərə avtomobillər verilib və növbədə olan 475 nəfər vətəndaşın da cari ilin sonuna qədər avtonəqliyyatla təminatı başa çatdırılacaq.

Verilən maşınlar da daxil olmaqla minik avtomobili alan əlillərin sayı 4 mini ötüb. Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobillərin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytında yerləşdirilib.

 

Müəllif | Apa.Tv