Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni layihəyə başlayıb

"Azərbaycan iqtisadiyyatı ikiqat artım göstərməlidir".

 

APA TV-nin xəbərinə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bildirib. Onun sözlərinə görə, komitə bu strateji hədəfə nail olmaq üçün bir sıra layihələri reallaşdırıb. Listinq Məsləhət Proqramına start verilib. Bu layihə Qiymətli kağızlar bazarının inkişafı üzrə Dövlət proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

 

Listinq Məsləhət Proqramının təqdimat mərasimi keçirilib. 

Müəllif | Apa.Tv
Almaz Qasımova