"Hindistan"lı cibgir tutuldu
Hansı ölkənin vətəndaşı olduğunu bilməyən, lakin Hindistanda doğulduğunu iddia edən Nikolay Mirişneçenko cibgirdir. Aprelin 15-də Məhəmməd Hadi küçəsində 46 saylı xətt avtobusunda Esmiralda Sadıqovanın çantasından içərisndə 360 manat olan pul kisəsini götürüb qaçıb. Bu barədə DİN-n mətbuat xidməti məlumat yayıb. Xətai RPİ 34-cü PB-nin və Çevik Polis Alayının əməkdaşlarının həbs etdiyi hindistanlı Nikolayın üzərinə baxış keçirilərkən 0,205 qram heroin aşkarlanıb. Dediyinə görə, heroini ona kirayə qaldığı məhəllədə gördüyü tanımadığı şəxs verib.
Əvvəllər iki dəfə məhkum olunan saxlanılan şəxs 9 il azadlıqdan məhrum olunub. 28 yaşlı Nikolay ötən ilin oktyabrında azadlığa buraxılıb.