İnternat məktəblərinə avtomobil verilib

"Paytaxtda 52 ümumtəhsil məktəbinin 104 əmək kabineti müasir tələblərə cavab verən müasir avadanlıqlarla təmin olunub".

 

APA TV-nin xəbərinə görə, bunu Təhsil Nazirliyinin tikinti təhcizat idarəsinin loqistika üzrə mütəxəssisi Samir Məmmədov bildirib.

 

Bakıdakı 26 saylı tam orta məktəbində yeni avadanlıqların təqdimatı keçirilib.

 

Həmçinin, 11 nömrəli internat məktəbində Təhsil Nazirliyinin bu təhsil müəssisələri üçün aldığı 7 “Hyundai County” avtomobili təqdim edilib. İnternat məktəbinin direktoru Gülnarə Abdullayeva  bildirib ki, həmin müəssisədə 800 şagird təhsil alır. Onların 126-sı xüsusi qayğıya ehtiyacı olanlardır.

 

Direktor deyir ki, Təhsil Nazirliyinin həyata keçirdiyi bu tədbirlər şagirdlərin müvafiq peşə vərdişlərinə yiyələnməsi, fiziki əməyə hörmət ruhunda tərbiyə olunması və onların tədris nailiyyətlərinin yüksəldilməsi məqsədinə xidmət edir.

Müəllif | Apa.Tv