Tanış olduğu qadının pulunu mənimsəyən şəxs tutuldu

Хətai RPİ -nin 37-ci polis bölməsinin əməkdaşları kecirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində CM-nin  178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 35 yaşlı Azər Əsgərov həbs edilib. O, ötən il tanış olduğu qadının  etibarından sui-istifadə etməklə onu müəssisələrin birinə kompüter dizayneri düzəldəcəyinə söz verərək, 2000 manat pulunu mənimsəkdə təqsirləndirilir. Qadından pulu alandan sonra Azərin mobil telefonuna zəng çatmayıb.

 

İstintaq ehtimal edir ki, bu, Əsgərovun birinci əməli deyil. Faktala bağlı Xətai rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv