Odessa da "müstəqilliyini" elan etdi
Donetsk vilayətindən sonra Ukraynanın daha bir vilayəti müstəqilliyini elan edib. APA TV-nin UNIAN.net saytına istinadən verdiyi məlumata görə, Odessa anti-Maydan hərəkatı “Odessa Xalq Respublikası”nın yaradıldığını bəyan edib.
Odessa-antimaydan.com saytında dərc edilən manifestdə Odessadakı bütün hakimiyyət orqanlarının bundan sonra "Odessa Xalq Respublikası"na məxsus olacağını bildirilir.
Anti-Maydan hərəkatı əhalini şəhərə daxil olan bütün yolları bağlamağa və milisi şəhərə buraxmamağa çağırıb.
Bu arada Ukrayna Ali Radası ölkənin şərqində keçirilən antiterror əməliyyatlarının dəstəklənməsi haqqında qərar qəbul edib.
Ukrinform-un verdiyi məlumata görə, bu barədə jurnalistlərə Baş nazirin birinci müavini Vitali Yarema parlamentin güc nazirlikləri rəhbərlərinin iştirakı ilə keçirilən qapalı iclasından sonra bəyan edib.
Vitali Yarema deyib ki, bu gün Ukraynanın şərqində asayişin və ölkəmizin bütövlüyünün təmin olunması məqsədi ilə hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi və bütün güc strukturları tərəfindən keçirilən əməliyyatların dəstəklənməsi haqqında qərar qəbul edib". Xatırladaq ki, son günlər Ukraynanın şərqində - Donetsk, Xarkov və Luqanskda federallaşma tərəfdarlarının mitinqləri keçirilir.