Üç rayonda İcra Hakimiyyəti başçısı dəyişdirildi
Prezident İlham Əliyev 3 rayonun İcra hakimiyyəti başçısının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən, Nizami Yəhya oğlu Sadıqov Ağdam rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla, Raqub Allahverdi oğlu Məmmədov Ağdam rayon İcra hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamları ilə İrşad Əliyev Kürdəmir, Ceyhun Cəfərov Tərtər rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident həmçinin Ceyhun Cəfərovun Kürdəmir rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.