Bakının mərkəzində zəncirvari qəza

Bakının Yasamal rayonu, Mətbuat prospektində 3 maşının toqquşması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, qəza nəticəsində prospektlə hərəkət edən "10 VC 099" nömrəli "Nissan", "99 GJ 731" nörmərli "KİA" və "90 BV 787" nömrəli "Wolksvagen" toqquşub. Qəza nəticəsinə xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, qəza sürücüsü xanım olan "Wolsvagen"in işıqforda qəfil dayanması olub. Nəticədə arxadan gələn "Nissan" və "KİA" ona çırpılıb.

 

Qəza ilə bağlı Mətbuat prospektinin bir hissəsində nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb. Yasamal rayon yol polisi əməkdaşları  toqquşan avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv