Sərxoş sürücü qəza törədib hadisə yerindən qaçdı
Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin xəbərinə görə, qəza Həsən Bəy Zərdabi və Akim Abbasov küçəsinin kəsişməsində qeydə alınıb. Rəşad Səfərovun idarə etdiyi "90 HL 081" dövlət nömrə nişanlı "Honda Akkord"la Kamil Allahverdiyevin idarə etdi "90 CC 836" nömrəli "VAZ 2016" toqquşub. Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü Kamil Allahverdiyev xəsarət alıb. "Honda"nın sürücüsü Rəşad Səfərov isə hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə, "Honda"nın sürücüsü içkili olub və işıqforun qadağan edici işığında yolu keçməyə cəhd edib.
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda tıxac yarandığından hər iki avtomobil hadisə yerindən evakuasiya olunub.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.