Ukraynanın sabiq baş naziri axtarışa verilib
Ukrayna hərbçiləri Kramatorskda könüllülərə atəş açıblar, üç nəfər yaralanıb. "RİA Novosti" agentliyinin xəbərinə görə bu barədə federalizasiya tərəfdarlarının nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər Kramatorsk şəhərinin Pçyolkino rayonunda könüllülərin avtomobilin qarşısını kəsiblər. Həmin zaman atışma olub.
APA TV-nin xəbərinə görə, Ukraynada vəziyyət gərgin olduğundan Dövlət Departamenti ABŞ vətəndaşlarına Krım və Ukraynanın cənubi-şərqindəki Xarkov, Donetsk və Luqansk şəhərlərinə səfər etməməyi tövsiyə edib. Səbəb kimi əraziyə Rusiya hərbi qüvvələrinin yeridilməsi göstərilir.
Bu arada Birləşmiş Millətlər Təşkilatının daimi mənzil qərargahında Ukraynaya dair təcili iclas başlayıb. İclasda Ukraynada insan hüquqlarının qorunması müzakirəyə cıxarılıb. Rusiyanın BMT-dəki daimi daimi nümayəndəsi Vitali Çurkin məruzə edib və Ukraynanın hazırkı hakimiyyətinə qarşı sərt ifadələr işlədib.
Ukraynanın sabiq baş naziri Nikolay Azarov barəsində isə axtarış elan edilib. Barəsində iş başlanan həmin şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.