Xaçmazda e.ə III və IV minilliyə aid abidələr məhv olub

Xaçmaz rayonunun Xudat şəhərində 1970-ci illərdə aparılan yoxlama-qazıntı işləri zamanı ortaya çıxan abidələr məhv olub. Həmin vaxt abidənin e.ə III və IV minilliyə aid olduğu təsdiqlənib. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq, həmin ərazidə fərdi yaşayış evləri tikilib, bununla da iki tarixi abidə məhv olub. APA TV-nin xəbərinə görə, abidələr Təpəyaxtı və Həsənqala kəndləri ərazisində olub.

 

Hazırda Xaçmaz rayonu ərazisində yerləşən təxminən e.ə IV min illiyə aid Sərkərtəpə Kür-Araz mədəniyyətinə aid insan məskəni də eyni aqibəti yaşaya bilər.

 

Hazırda Xaçmaz rayonunda 62 tarixi abidə qeydiyyatdadır.

 

Qaraqutdu kəndində yerləşən XIV əsrə aid məscidin əsaslı təmirə, Şıxlar kəndində Şeyx Yusif məscidi (XV əsr) və kilsənin bərpa olunmasına ehtiyac var.

 

Müəllif | Apa.Tv
Vəli Turan