Əliabbas Bağırov: "Qəzet köşklərində pirojnnaların, şokoladların satıldığını bilirik"
"Heç kimə sirr deyil ki, üzərində “Mətbuat köşkü” yazılan yaşıl günbəzli, sahəsi 12 kvadrat metr olan yeni köşklərin hamısının vitrinini pirojnnalar, şokoladlar bəzəyir. Bazar qiymətindən bir az baha olsa da, bu dükanlarda məhsullar heç də zəif satılmır, hətta tütün məhsulları belə".
Bunu APA TV-yə Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov deyib: "Bu gün orda şirələr satılır , dəftərxana matrealları, siqaret və digər sənaye məhsulları satılır. Biz bunları görürük və bilirik. Amma bu məsələ köşklərin özünün saxlaması və dolandırması nöqteyi-nəzərindən yanaşanda onları da qınamaq olmur. Çünki o köşklərin özü də ucuz başa gələn bir şey deyil. Bu səbəbdən də onları düz başa düşmək lazımdır. İnanıram ki, bu istiqamətdə də addımlar atılacaq. Mən də mətbuat işçisi kimi o köşklərdə qəzet satışından şad olacam".
Əliabbas bağırovun sözlərinə görə ümumilikdə Bakıda 50 belə köşkün qurulub: «Onların qoyulacağı yerləri Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edib. Köşklər əsasən paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılıb və sahibkarlara icarəyə verilib».