"Azerspace-1" 2015-ci ildən gəlir gətirəcək

"Azerspace-1" rabitə peyki ötən il 10 milyon dollar gəlir əldə etdiyi halda, 2014 -cü ildə bu rəqəmin təxminən 15 milyon dollar olacağı paqnozlaşdırılır".

APA TV-nin xəbərinə görə, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib: ""Azerspace-1" rabitə peykinin daxili müştəriləri də mövcuddur. Biz hesab edirik ki, plana görə, bu il ilk peyk proqramı üzrə kreditləri verilməsi üçün Maliyyə Nazirliyinin ayırdığı vəsaitlərdən istifadə edəcəyik, artıq 2015-ci ildə isə peyk gəlir gətirməyə başlayacaq".

Əli Abbasov aşağı orbitli peykin tikintisi layihəsindən danışarkən qey edib ki, artıq tender elan edilib və bu günədək iştirakçıların "Azərkosmos" MMC-yə təqdim etdikləri təkliflərə baxılır. Tender iştirakçılarının sayının artması ilə əlaqədar müddətin daha bir ay uzadılması nəzərdə tutulur.

İkinci rabitə peykinin buraxılışına gəlincə, nazir bildirir ki, bu istiqamətdə tender şərtləri hazırlanır. "Azerspace-2" 2-ci rabitə peykinin 2017-ci ildə buraxılması planlaşdırılır.

Müəllif | Apa.Tv